Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb

19:25 21 İyul 2026

Pakistanda son sutka ərzində leysan yağışları və onların yaratdığı fəsadlar nəticəsində azı 9 nəfər ölüb.
 
Bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, şimal-qərbdə yerləşən Hayber-Paxtunxva əyalətində 6 nəfər, ölkənin şimalındakı Azad Cammu və Kəşmir bölgəsində isə daha 3 nəfər həyatını itirib.
 
Məlumata görə, sel suları nəticəsində 28 yaşayış evi də dağılıb.



Xəbər xətti