İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndə ABŞ-a məxsus kommersiya obyektinə zərbə endirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, İİKK Aerokosmik Qüvvələri bir neçə qanadlı raketdən istifadə edərək Bəhreyndə yerləşən "Amazon"un mərkəzi məlumat infrastrukturunu vurduğunu iddia edib.
Açıqlamada bildirilir ki, hücum ABŞ-ın Darkhovin bölgəsində mülki infrastruktura son zərbələrinə cavab olaraq həyata keçirilib.
Hələlik bu iddialarla bağlı ABŞ, Bəhreyn və ya "Amazon" tərəfindən rəsmi təsdiq və ya şərh verilməyib. İddianın müstəqil mənbələr tərəfindən təsdiqləndiyinə dair məlumat yoxdur.
Aytac,
Sitat.info