"Netanyahu ABŞ-də həbs olunmayacaq" - Tramp

13:45 21 İyul 2026

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında ABŞ-də həbs edilməyəcəyini bildirib.

Sitat.info xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edərək, "Benyamin Netanyahu ABŞ ərazisində heç bir halda həbs olunmayacaq", - deyə yazıb.

Daha öncə Nyu-York meri Zohran Məmdani Netanyahunun şəhərə gələcəyi təqdirdə BCM orderi əsasında saxlanılmasının hüquqi imkanlarını hüquqşünaslarla müzakirə etmişdi. Tramp bu açıqlama ilə gedən müzakirələrə yekun vurub. 

Nigar,

Sitat.info 



Xəbər xətti