İranın İordaniyaya raket hücumunda iki ABŞ hərbçisi həlak olub

13:20 21 İyul 2026

İranın son 24 saat ərzində İordaniyadakı Muvaffaq Salti aviabazasına endirdiyi üç raket zərbəsi nəticəsində iki ABŞ hərbçisi həlak olub, daha bir hərbçi isə itkin düşüb.

Sitat.info xəbər verir ki, bu barədə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ilk raket zərbəsi idman zalını vurub və sığınacağa qaçmağa çalışan bir neçə hərbçi yaralanıb. İkinci raket boş təyyarə anqarına düşüb.

Üçüncü hücum isə yaşayış binasını hədəf alıb. Nəticədə iki ABŞ hərbçisi həyatını itirib, daha bir hərbçinin taleyi isə hələ də məlum deyil.

Nəşrin yazdığına görə, bu hadisə Yaxın Şərqdə yerləşdirilmiş təxminən 50 min ABŞ hərbçisinin İranın raket və pilotsuz uçuş aparatları ilə hücumlarından qorunmasının hələ də ciddi problem olaraq qaldığını göstərir.

Səid,

Sitat.info



Xəbər xətti