Son dəqiqə! İran Küveyti yenidən hədəfə aldı

15:36 21 İyul 2026

Küveyt İranın ölkənin elektrik və su təchizatı infrastrukturuna yenidən raket zərbələri endirdiyini açıqlayıb.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Küveytin Su və Bərpa Olunan Enerji Nazirliyinin məlumatına görə, ardıcıl dördüncü gündür həyata keçirilən hücumlar nəticəsində elektrik və duzsuzlaşdırma stansiyaları da daxil olmaqla bir sıra strateji obyektlərdə yanğınlar baş verib.

Nazirlik yanğınların qısa müddətdə söndürüldüyünü, dəymiş ziyanın qiymətləndirildiyini və zədələnmiş obyektlərdə bərpa-təmir işlərinin davam etdiyini bildirib.

Hücumların enerji və su təchizatına təsirinin miqyası ilə bağlı əlavə məlumat verilməyib.

Aytac



Xəbər xətti