İranla münaqişədə həlak olan ABŞ əsgərlərinin ümumi sayı 17-yə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl bildirib ki, İraqın şimalında bir ABŞ hərbçisi iyulun 18-də vurulan İranın PUA-sında partlamamış sursatın partladılması zamanı həlak olub.
17 iyulda İranın hücumundan sonra İordaniyada iki ABŞ hərbçisi həlak olub, daha bir hərbçi isə itkin düşüb. Bununla belə, ölənlərin sayı 18-ə çata bilər.
Bu arada, İrana qarşı hərbi əməliyyat zamanı yaralanan ABŞ hərbçilərinin sayı 400-ü keçib.
Səid,
Sitat.info