Salyanda ağır qəza - 3 ölü, 4 yaralı

19:48 20 İyul 2026

Salyanda ağır yol-nəqliyyat hadisəsi olub.

Sitat.info xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində, dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

///Qafqazinfo



Xəbər xətti