Hörmüz boğazında iki neft tankeri partladı

12:00 20 İyul 2026

İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, Hörmüz boğazından təhlükəsiz marşrutdan kənar keçməyə cəhd edən iki neft tankeri partlayıb.

Sitat.info xəbər verir ki, qurumun açıqlamasına görə, tankerlər ABŞ-nin təzyiqi ilə İranın müəyyən etdiyi təhlükəsiz marşrutdan kənara çıxmağa çalışarkən partlayış baş verib. Hadisənin səbəbi açıqlanmayıb.

İnqilab Keşikçiləri həmçinin xəbərdarlıq edib ki, İranın müəyyən etdiyi marşrutdan kənar bütün keçidlər təhlükəli hesab olunur. Bundan əvvəl qurum təhlükəsizlik səbəbindən Hörmüz boğazının bağlandığını elan etmişdi.

Səid,

Sitat.info

 



Xəbər xətti