Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:
"Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb".
Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Videoda ölən körpənin yaxınlarının klinika rəhbərliyinə etirazı əks olunur.
Həmin videonu təqdim edirik.
Səid,
Sitat.info