Əraqçı İranda tənqid atəşinə tutuldu - Bu müsahibəsinə görə...

11:33 21 İyul 2026

 

 Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Cavan" qəzeti xarici işlər naziri Abbas Əraqçının  son müsahibəsini tənqid edib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, qəzet yazıb ki, ölkənin ali lideri Müctəba Xameneyinin mümkün hədəfə alınması ilə bağlı ssenarilər, həmin günün təfərrüatları və xarici işlər nazirinin Xameneyi ilə əlaqə saxlamadığı barədə məlumatlar ictimai şəkildə və rahat tərzdə açıqlanmamalı idi.

Nəşr əlavə edib: "Gələcək müsahibələrdə qalan tunellərin və hərbi bazaların ünvanlarını özünüzdə saxlayın və mühüm hadisələrin təfərrüatlarını təsvir edərkən daha təmkinli olun”.

"Cavan" qəzeti vurğulayıb ki, milli təhlükəsizliyin, ictimai etimadın və xalqın maraqlarının qorunması medianın diqqəti və ya ictimai marağa qurban  verilməməlidir və ikinci plana keçirilməməlidir.

Səid,

Sitat.info 



Xəbər xətti