Rusiya ordusunun Kiyevə gecə hücumu: 8 nəfər yaralanıb 

Rusiya ordusunun Kiyevə gecə hücumu: 8 nəfər yaralanıb 
Dünya 11 Sentyabr 2026 09:02

Rusiya ordusu sentyabrın 11-nə keçən gecə Kiyevə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib.

Sitat.info xəbər verir ki, hücum nəticəsində Dnepr rayonunda yerləşən 9 mərtəbəli yaşayış binasının 1-5-ci mərtəbələrində yanğın baş verib.

Kiyev polisi hadisə nəticəsində 8 nəfərin xəsarət aldığını açıqlayıb.