Rus xüsusi təyinatlılarının anbarı məhv edildi

Rus xüsusi təyinatlılarının anbarı məhv edildi
Dünya 08 Avqust 2022 10:49

Xarkov vilayətinin şimalında Ukrayna ordusunun aviasiya kəşfiyyatı və artilleriyası tankların dəstəyi ilə Rusiya xüsusi təyinatlılarının sursat anbarını məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Şərq Əməliyyat-Ərazi Birliyi məlumat yayıb.

“Müdafiə Qüvvələrinin müxtəlif bölmələri arasında effektiv qarşılıqlı fəaliyyətin tarixi açıqlanmır. Kəşfiyyatçılar Rusiya işğalçı qüvvələrinin bölməsinin yerini aşkarlayıb. Daha sonra koordinatlar topçulara verilib və hədəf məhv edilib”,- məlumatda deyilib.