İranın təhsil naziri xəstəxanaya yerləşdirilib

İranın təhsil naziri xəstəxanaya yerləşdirilib
Dünya 01 Avqust 2022 19:59

İran təhsil naziri Yusif Nuri Dehloranda xəstəxanaya yerləşdirilib.

Apa-nın Tehran bürosunun məlumatına, bu gün dəfn mərasimində iştirak etmək üçün Dehloran şəhərinə gedən nazir çıxışı zamanı isti havanın təsiri altında huşunu itirib.

O tez bir zamanda tibbi mərkəzlərdən birinə yerləşdirilib.