Sui-qəsd nəticəsində qətlə yetirilən Abenin həyat yoldaşı qəzaya düşdü

Sui-qəsd nəticəsində qətlə yetirilən Abenin həyat yoldaşı qəzaya düşdü
Dünya 25 İyul 2022 19:05

Yaponiyanın qətlə yetirilən keçmiş Baş naziri Şinzo Abenin həyat yoldaşı Akie Abenin olduğu avtomobil qəzaya uğrayıb.

SİTAT.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, arxadan gələn digər mühafizəçilərin olduğu maşın avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Şinzo Abe iyulun Nara şəhərində kütlə qarşısında çıxışı zamanı silahlı hücum nəticəsində ölüb.  Abeyə hücum edən 41 yaşlı Teçuya Yamaqami isə saxlanılıb.  Yamaqami Şinzo Abenin siyasətindən narazı olduğu üçün onu öldürdüyünü bildirib. (Qafqazinfo)