Pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olundu

Pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olundu
Gündəm 24 Avqust 2026 12:32

2026-cı ilin yanvar–iyul ayları ərzində 110,7 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə Sitat.info-ya DSMF-dən məlumat verilib.

Bildirilib ki, onlardan 24,6 min pensiya, 75,5 min müavinət və 10,6 min təqaüd təyinatıdır.