ŞOK OLAY: dənizdə boğulduğu deyilən şəxs ölkədən qaçıbmış

ŞOK OLAY: dənizdə boğulduğu deyilən şəxs ölkədən qaçıbmış
Gündəm 22 Avqust 2026 19:10

Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə 5 uşaq atası olan həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.|Lent.az