İranın dini lideri Əli Əbdullahini Baş Qərargah rəisi təyin etdi

İranın dini lideri Əli Əbdullahini Baş Qərargah rəisi təyin etdi
Gündəm 10 Avqust 2026 20:15

İranın dini lideri Müctəba Xamenei Əhməd Vəhidini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəhbər, Mustafa İzadini isə onun müavini təyin edib.

Sitat.info xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Xameneinin fərmanı ilə daha öncə Silahlı Qüvvələrin Xatəmül-Ənbiya Mərkəzi Qərargahına rəhbərlik etmiş general Əli Əbdullahi Baş Qərargah rəisi təyin edilib. Əvvəllər Quru Qoşunlarının Baş Komandanı vəzifəsində çalışmış Kiyumərs Heydəri isə onun müavini təyin edilib.