Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - FOTO

Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - FOTO
Gündəm 07 Avqust 2026 11:44

Tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı vəfat edib.

T.İbrahimovun baldızının həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

E.Səfiyarov özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və onun bacısı Nərmin İbrahimova tanınmış bloqerlərdir. P.Səfiyarova həyat yoldaşının ölümündən sonra səhifəsini bağlayıb.

Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhər M. Xəzani adına musiqi təmayülü orta internat məktəbinə rəhbərlik edir.

Mərhumun 2 övladı yadigar qalıb./Qafqazinfo