Çindən ABŞ-yə yeni sanksiya! PUA ixracı qadağan olundu

Çindən ABŞ-yə yeni sanksiya! PUA ixracı qadağan olundu
Dünya 05 Avqust 2026 16:18

Çin hökuməti ABŞ-ın Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq yeni məhdudiyyətlər elan edib.

Sitat.info xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, ABŞ-yə pilotsuz uçuş aparatlarının (PUA) ixracı qadağan edilib. Bununla yanaşı, 6 Amerika şirkətinə qarşı da sanksiyalar tətbiq olunacaq.

Bildirilib ki, bu addımlar ABŞ-ın Çin istehsalı olan dronların idxalını qadağan etməsi və 43 Çin şirkətinə sanksiya tətbiq etməsinə cavab olaraq atılıb. Çin yeni tədbirlərin Vaşinqtonun qərarlarına qarşılıq xarakteri daşıdığını vurğulayıb.

Səid,

Sitat.info