Sərt zərbələr endirəcəyik! - Tramp

Sərt zərbələr endirəcəyik! - Tramp
Gündəm 29 İyul 2026 17:50

Biz onları məğlub edəcəyik.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.

“Biz onlara sərt zərbələr endirəcəyik. Onlar döyüləcəklər. İranın dəstəklədiyi İraqdakı silahlı qruplaşmalar dünya üçün xərçəng kimidir. Mən İranın proksi qüvvələrinə qarşı əlavə tədbirləri görməyi nəzərdən keçirirəm”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri İraq ərazisində İrana bağlı Həşdi-Şabi qruplaşmasına qarşı birgə dəqiq hava zərbələri endirib.