İsrail-Livan danışıqları bu tarixdə keçiriləcək

İsrail-Livan danışıqları bu tarixdə keçiriləcək
Gündəm 22 İyul 2026 17:13

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların yeni mərhələsi avqustun 4-də İtaliyada keçiriləcək.

Sitat.info xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.

“4 avqustda daha bir dialoq sessiyasına ev sahibliyi edəcəyik”, - o bildirib.

Qeyd edək ki, ötən həftə Romada iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar keçirilib.