Qaradağda zəncirvari qəza - Tıxac yarandı

Qaradağda zəncirvari qəza - Tıxac yarandı
Gündəm 17 İyul 2026 20:35

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb.
 
İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb.
 

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.