Bakı–Balakən qatarlarının hərəkət marşrutu dəyişdirilir

Bakı–Balakən qatarlarının hərəkət marşrutu dəyişdirilir
Gündəm 08 İyul 2026 20:40

Bu gündən, iyulun 20-dək Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.


Sitat.info xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məlumat yayıb. 

Məlumata görə, Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Həmçinin bu gündən etibarən iyulun 20-nə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.