Azərbaycanda meymunçiçəyi ilə bağlı əhaliyə MÜRACİƏT

Azərbaycanda meymunçiçəyi ilə bağlı əhaliyə MÜRACİƏT
Gündəm 17 İyun 2022 13:11

“Hələlik meymunçiçəyinin geniş yayılması üçün bir səbəb yoxdur”.

Sitat.info xəbər verir ki, bunu Apa-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib. 

Nazir deyib ki, dünyada bununla bağlı 2 minə yaxın hadisə qeydə alınıb, amma indiyə qədər meymunçiçəyi ilə birbaşa bağlı olan ölüm hadisəsi qeyd edilməyib:

“Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim. Sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq duraraq, normal həyat tərzinə davam edə bilərlər”.