Qətər İranın bu 3 ölkəyə hücumlarını pislədi: "Regionu xilas etməliyik"

Qətər İranın bu 3 ölkəyə hücumlarını pislədi: \"Regionu xilas etməliyik\"
Dünya 11 İyun 2026 11:56

Qətər İranın İordaniya, Küveyt və Bəhreynə hücumlarını qətiyyətlə pisləyərək, bunu "bu dövlətlərin suverenliyinin kobud şəkildə pozulması və beynəlxalq hüquq qaydalarının açıq şəkildə pozulması" adlandırıb.

Sitat.info xəbər verir ki,  Qətərin xarici işlər nazirliyi regionu bu əsassız hücumlardan xilas etməyin, regional və beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün gərginliyin azaldılması üzərində işləməyin vacibliyini vurğulayır".

O, üç ölkə ilə "tam həmrəyliyini" bir daha təsdiqləyib və Dohanın "onların suverenliyini və təhlükəsizliyini qorumaq" üçün bütün tədbirləri dəstəklədiyini ifadə edib.

Aytac,

Sitat.info