Son anda ölümdən xilas olmağı bacardı

Son anda ölümdən xilas olmağı bacardı
Gündəm 10 İyun 2026 17:43

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verən qəzada piyada ölümdən son anda xilas olub. 

Sitat.info xəbər verir ki, bununla bağlı görüntüləri ictimai fəal Haldun Novruzzadə paylaşıb. 

Belə ki, qeydə alınan zəncirvari qəza zamanı avtobus idarəetmədən çıxaraq bir neçə maşını yararsız hala salıb. Bu zaman yol kənarında dayanan kişi üzərinə gələn maşınların arasından keçərək xilas olmağı bacarıb.

Hadisə zamanı ölən və xəsarət alanların olmadığı bildirilib.

///Qafqazinfo