Ukrayna Rusiyanın İlski neft emalı zavodunu yenidən vurdu

16:59 2 İyun 2026

Rusiyanın Krasnodar vilayətində yerləşən "İlski Oil Refineri" neft emalı zavodunda Ukraynanın gecə hücumundan sonra baş vermiş yanğın söndürülüb.

Sitat.info xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın çərşənbə axşamı tam nəzarət altına alınıb.

Ukrayna ordusu isə zavoda yenidən zərbə endirdiyini təsdiqləyib. Kiyev bildirib ki, müəssisədə Ukraynaya qarşı döyüşən Rusiya ordusu üçün yanacaq istehsal olunur.

Hücumun zavodun fəaliyyətinə təsir edib-etmədiyi və ya itkilərin olub-olmadığı barədə hələlik məlumat verilməyib.

İlski neft emalı zavodu gündəlik təxminən 138 min barel emal gücünə malikdir. Ukrayna bu il ərzində həmin obyektə bir neçə dəfə hücum edib.

Nigar,

Sitat.info



Xəbər xətti