Bu gecə Bakının Qaradağ rayonunda suyun verilməsində fasilə yaranacaq.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar iyunun 2-də gecə saatlarından 04 iyun günorta saatlarına qədər Qaradağın Lökbatan qəsəbəsinə suyun verilməsi dayandırılacaq.
Qurum anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.