Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq

Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
Gündəm 22 May 2026 20:00

Qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.