Prezident bu sazişi təsdiqlədi

Prezident bu sazişi təsdiqlədi
Gündəm 06 May 2026 17:12

“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb.

Sənədə əsasən, 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.