Putinlə Əraqçinin görüşü başladı - Yenilənib

Putinlə Əraqçinin görüşü başladı - Yenilənib
Gündəm 27 Aprel 2026 17:12

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “IRNA” agentliyi yayıb. 

Bu gün İranın XİN rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır.

***

Vladimir Putinlə Abbas Əraqçi arasında görüş başlayıb. 

Danışıqlar zamanı tərəflərin ABŞ-İsrail və İran arasındakı münaqişəni müzakirə edəcəyi gözlənilir.