“Kurs və repetitorların biznes maraqları var. Niyə çıxış edirlər ki, buraxılış martda olur?”
Sitat.info xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.
“Deyirlər ki, proqram bitməyib axı. Amma biz buna görə imtahanı etmirik. 11 il oxuyub anlama formalaşmayıbsa, 2 ayda heç nə olmayacaq. Niyə çıxışlar var? Çünki martda hazırlıqlar bitir. Buraxılış imtahanı iyunda olsa, 2 ay artıq uşaqlar hazırlığa gələcək”, - deyə DİM sədri bildirib.