Atəşkəs zamanı sakinlər üçün bütün məhdudiyyətləri aradan qaldırdılar

20:25 17 Aprel 2026

İsrail Livanla əldə olunan atəşkəs razılaşmasından sonra ölkə üzrə məhdudiyyətləri aradan qaldırıb.

Sitat.info xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayıb.

Bəyanatda yeni qaydaların bu gün saat 16:00-dan qüvvəyə mindiyi və aprelin 23-ü saat 20:00-dək qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında on günlük atəşkəs elan edib. O, razılaşmaya şəxsən zəmanət verdiyini və İsrailin Livan yaşayış məntəqələrinə hücumunu qadağan etdiyini bildirib. Atəşkəs nəzəri olaraq ötən gecə başlayıb, lakin Livan mediası İsrailin pozuntuları barədə məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu isə xəbərdarlıq edib ki, İsrail ordusu Livanın cənub sərhədi bölgələrində 10 kilometrlik bufer zonaya nəzarəti davam etdirir.



Xəbər xətti