Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək

15:24 17 Aprel 2026

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirəcək.

Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Novo-Oqaryovoda işləyir. Günün ikinci yarısında dövlət başçısının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirəsi planlaşdırılır. İclasın mövzusunu ənənəvi olaraq prezident özü müəyyən edəcək", - D.Peskov bildirib.

Kreml rəsmisi həmçinin əlavə edib ki, bu gün V.Putinin qrafikində irimiqyaslı ictimai tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb.



Xəbər xətti