ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının onun adına dəyişdirilə bilməməsindən məyus olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Tramp bu barədə “Fox Business” telekanalına müsahibəsində danışıb.
“Hörmüz boğazı deyə bilərsiniz, ya da boğaz Hörmüz. Mən soruşdum ki, hansı daha yaxşı səslənir?” Dedilər: “ İkisi də yaxşıdır”. Lakin onların edə bilmədikləri yeganə şey onu “Tramp Boğazı” adlandırmaqdır. Bu ideya onların xoşuna gəlmir”, - Amerika lideri qeyd edib.