“Erməni uşaqlar Azərbaycandan 30 metr məsafədə futbol oynayırlar, sülh budur...”

17:13 15 Aprel 2026

“Bu gün Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. O, indi də kifayət qədər möhkəm hüquqi əsasa malikdir”.

Sitat.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Sülh məcburi hüquqi qüvvəyə malikdir. Mən delimitasiya komissiyalarının fəaliyyət reqlamentini nəzərdə tuturam ki, bu da Ermənistan ilə Azərbaycan arasında imzalanmış ilk ikitərəfli beynəlxalq müqavilədir”, - Paşinyan deyib.

Ermənistan Baş naziri əldə olunmuş sülhün ölkəsinə qazandırdığı üstünlüklərə də toxunub: “Bu gün Kirantsda yerləşən məktəbin şagirdləri Azərbaycandan 50 metr məsafədə dərslərə gedir, 30 metr məsafədə futbol oynayırlar. Sülh budur. Sülh ondan ibarətdir ki, son iki il ərzində Ermənistan-Azərbaycan toqquşmaları nəticəsində nə ölən, nə də yaralanan olub”. 

Hökumət başçısının sözlərinə görə, əgər Azərbaycan dəmir yolunun Ermənistan üçün tarixi açılışı baş verməsəydi, Hörmüz boğazı ətrafındakı böhran neft məhsullarının qiymətləri, inflyasiya və tədarüklər baxımından Ermənistan vətəndaşlarına və iqtisadiyyatına daha güclü təsir edərdi.

Paşinyan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”ndan (TRIPP) da bəhs edib: “Beynəlxalq vəziyyətə baxmayaraq, ABŞ, Ermənistan və Azərbaycan regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab edirlər”.



Xəbər xətti