Bu ölkə İranla əsas əsas nəqliyyat qovşağını bağladı

Bu ölkə İranla əsas əsas nəqliyyat qovşağını bağladı
Gündəm 04 Aprel 2026 14:25

İranın hava hücumları nəticəsində İraq vətəndaşı öldürüldükdən sonra İraq İranla cənubdakı Şələmçeh sərhəd keçid məntəqəsini bağlayıb.

Sitat.info xəbər verir ki, bu haqda “Reuters” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məsələ ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, Şələmçeh İranın Xuzistan əyalətində, Abadandan şimal-qərbdə, İraqla sərhəddə yerləşən sərhəd şəhəridir. Bu, iki ölkə arasında əsas nəqliyyat qovşağıdır.