Sabunçu tuneli çökür: Dərin çuxurlar yarandı - VİDEO

Sabunçu tuneli çökür: Dərin çuxurlar yarandı - VİDEO
Gündəm 31 Mart 2026 15:03

Xəbər verdiyimiz kimi, paytaxtda müşahidə olunan güclü yağışlar səbəbindən Sabunçu tuneli yenə sel suları altında qaldı.

Nəticədə Asəf Əsədullayev küçəsində yerləşən tunel bağlandı.

Bu gün isə tunelin ətrafında çuxurlar müşahidə olunub. Vətəndaşlar "Sitat.info"ya bildiriblər ki, tunelin ətrafında dərin çuxurlar yaranıb. Sakinlər sel sularından sonra yaranan çuxurları lentə alıblar.

Həmin vieonu təqdim edirik:

Nigar,

Sitat.info