Bu gün İran prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Məsud Pezeşkian Rəcəb Tayyib Ərdoğanın regiondakı hadisələrlə bağlı mövqeyini yüksək dəyərləndirib.
Sitat.info xəbər verir ki, bununla bağlı, Pezeşkian “X” hesabında paylaşım edərək yazıb:
“Türkiyə prezidenti qardaşım Rəcəb Tayyib Ərdoğanın, müharibəni qızışdıran “sionist rejimi” qınamaqdakı qətiyyətli mövqeləri təqdirəlayiqdir.
Dost və qardaş ölkə olan Türkiyənin qürurlu xalqı illərdir İslam ümmətinin istəkləri ilə həmrəylikdə qətiyyətlə rol oynayıb.
Allahın lütfü ilə bu qürurlu yolu birlikdə keçəcəyik”.