Lavrov və Qrossi ilə İranın nüvə obyektlərinin vurulmasından danışdı

Lavrov və Qrossi ilə İranın nüvə obyektlərinin vurulmasından danışdı
Gündəm 13 Mart 2026 19:48

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ABŞ və İsrailin İranın dinc nüvə obyektlərinə hücumları ilə bağlı vəziyyəti müzakirə ediblər .

 
Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ABŞ və İsrailin BAEA-nın təminatları altında İranın dinc nüvə obyektlərinə hücumları, eləcə də Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.