Antonio Koşta: Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyir

Antonio Koşta: Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyir
Gündəm 11 Mart 2026 17:38
Avropa İttifaqı (Aİ) İran tərəfindən Naxçıvana edilən dron hücumunu pisləyir.
 
Bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
 
Xatırladaq ki, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.