Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya
Gündəm 09 Mart 2026 18:26

Müctəba Hüseyni Xameneinin ali dini rəhbər seçilməsi İran xalqının ölkəni idarə etmək iradəsinin göstəricisidir.

Sitat.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.

Pezeşkian qeyd edib ki, İranın problemlərinin həlli onun müdrik rəhbərliyi, xalqın etimadına və iştirakına əsaslanan şəraitin yaradılması ilə mümkündür.