Bu rayonda 6 saat işıq olmayacaq

Bu rayonda 6 saat  işıq olmayacaq
Gündəm 13 Fevral 2026 11:23

Fevral ayının 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində planlı təmir və yenidənqurma tədbirlərinin icrası nəzərdə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bildirilib ki, aparılacaq texniki işlərlə bağlı saat 10:30-dan 16:30-a qədər Buzovna qəsəbəsinin Abşeron küçəsində enerji təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Təmir-bərpa prosesi başa çatdıqdan sonra həmin ərazinin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli və dayanıqlı səviyyədə təmin ediləcək.