Avropa Parlamenti Ukraynaya 90 milyard avro məbləğində krediti təsdiqləyib

Avropa Parlamenti Ukraynaya 90 milyard avro məbləğində krediti təsdiqləyib
Gündəm 11 Fevral 2026 19:15
Avropa Parlamenti Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində kredit ayırmağı təsdiqləyib.
 
Bu barədə "UNIAN" məlumat yayıb.
 
Məlumata görə, kredit Avropa İttifaqının maliyyə bazarlarında götürdüyü borclar vasitəsilə maliyyələşdiriləcək, faizləri isə İttifaqın büdcəsindən qarşılanacaq.