Saleh Məmmədov sədrlikdən getsə də, digər vəzifədə qalır

Saleh Məmmədov sədrlikdən getsə də, digər vəzifədə qalır
Gündəm 07 Fevral 2026 14:12

Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

 
Sitat.info Modern.az-a istinadla xəbər verir ki, Saleh Məmmədov hazırda Azərbaycan Həndbol Federasiyasının prezidenti vəzifəsini icra edir.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.