Dini bayramdan qayıdan avtobus aşdı, 16 nəfər öldü

Dini bayramdan qayıdan avtobus aşdı, 16 nəfər öldü
Gündəm 04 Fevral 2026 11:19

Braziliyanın Sao Jose de Tapera qəsəbəsində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 44 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Bildirlib ki, avtobus Ceara ştatında keçirilən “Kandelaria Məryəm Ana” adlı dini bayrama qatılan şəxsləri daşıyırmış.

Qeyd edək ki, hadisə səbəbindən Alagoas əyalətində 3 günlük rəsmi matəm elan edilib.