Yaponiyada güclü qar nəticəsində 30-dan çox insan ölüb

Yaponiyada güclü qar nəticəsində 30-dan çox insan ölüb
Gündəm 03 Fevral 2026 18:50
Yaponiyada son iki həftə ərzində yağan güclü qar nəticəsində 30-dan çox insan ölüb.
 
Baş nazir Sanae Takaiçi bu gün hökumətə hərbçilərin yardım üçün bölgələrə göndərilməsinə dair tapşırıq verib.
 
Yaponiyanın milli telekanalı NHK xəbər verir ki, əhali daşqın və damlarda yığılan qarın uçması təhlükəsi ilə bağlı xəbərdar edilib.