Sabah bu rayonun bəzi ərazilərində qaz olmayacaq

Sabah bu rayonun bəzi ərazilərində qaz olmayacaq
Gündəm 02 Fevral 2026 18:37

Sabah Siyəzənin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

 

Sitat.info xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

 

Bildirilib ki, Siyəzəndə istismarda olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaq.