"Barselona" onu 120 milyona satmaqdan imtina etdi

\"Barselona\" onu 120 milyona satmaqdan imtina etdi
Gündəm 23 Yanvar 2026 17:12

İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Neom"un təklifini rədd edib.

Sitat.info xəbər verir ki, hazırkı ölkə çempionu braziliyalı vingeri 120 milyon avroya satmaq istəməyib.

Kataloniya klubu oyunçunu əsas heyət üzvü hesab etdiyi üçün bu addımı atıb.

Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Rafinya cari mövsüm 19 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.