Şiddətli geomaqnit qasırğası gözlənilir

Şiddətli geomaqnit qasırğası gözlənilir
Gündəm 19 Yanvar 2026 10:15

Şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimalı var.

Bu barədə Sitat.info-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 18 yanvarda Günəşdə baş vermiş alışma nəticəsində yaranmış Tac Kütlə Atılmalarının 20 yanvarda Yerə çatacağı gözlənilir.

Bununla əlaqədar güclü geomaqnit qasırğasının baş verməsi ehtimal olunur.